EN

"VMF” Şirkəti yarımillik hesabatını açıqladı - RƏQƏMLƏR

 “VMF” şirkəti bu ilin ilk yarımili üzrə maliyyə vəziyyətini açıqlayıb.

FED.az xəbər verir ki, şirkət I yarımili 65,5 min manat xalis mənfəətlə başa vurub.

Məlumata əsasən şirkət I yarımildə 3 milyon 38 min manat əməliyyat gəliri əldə edib. Bundan 1 milyon 748 min manat satışın maya dəyəri üzrə xərclər olub ki, nəticədə şirkətə ümumilikdə 1 milyon 290 min manata yaxın ümumi mənfəət qalıb.

Hesabat dövründə şirkətin sair əməliyyat gəlirləri 5,1 min manat, kommersiya xərcləri 14,2 min manat, inzibati xərcləri 1 milyon 206 min manat, sair əməliyyat xərcləri 6,6 min manat, əməliyyat mənfəəti 81,9 min manat, mənfəət vergisi ödəmələri 16,4 min manat təşkil edib.

“VMF” şirkəti bu ilin ilk yarımilində 7 milyon 665 min manat cəmi aktivlərə malik olub. Aktivlər son bir il ərzində 567 min manat (8%) böyüyüb.

Şirkətin öhdəlikləri 502 min manat və ya 16,3% artaraq 3 milyon 590 min manata yüksəlib.

Balans kapitalında 66 min manat, başqa sözlə 1,6% artım qeydə alınıb və 4 milyon 75 min manata çatıb.

Chosen
22
fed.az

1Sources