EN

COP-29-un baş danışıqçısı: Əminəm ki, “Troyka” nəticəsində biz möhkəm, davamlı və hamı üçün ədalətli gələcək qura biləcəyik

Bakı. Trend:

Birləşmiş Ərəb Əmirliklərinə və Braziliyaya bizimlə birlikdəCOP29 çərçivəsində apardıqları ardıcıl əməkdaşlığa görə dərintəşəkkürümüzü bildiririk.

Trend xəbər verir ki, bunuCOP29-un baş danışıqçısı Yalçın Rəfiyev COP29 çərçivəsindəkeçirilən “COP sədrlikləri Üçlüyünün yüksəksəviyyəli dialoqu: Ortaqrifahın gələcəyinə doğru Missiya 1,5 üçün Yol Xəritəmiz” adlıtədbirdə deyib.

O bildirib ki, üçlük il ərzində ambisiyaların irəliləməsi,siyasi impulsun artırılması və problemlərin həlli istiqamətindəaydın bir trayektoriya izləyərək səylə çalışıb:

“Bu il Kopenhagendə “Troyka”nın rəsmi təqdimatı oldu və bizbütün tərəfləri iqlim fəaliyyətinin bütün sütunlarını, xüsusən dətəsirlərin yumşaldılması və ədalətli keçid, uyğunlaşmayainandırdıq. Müəyyənləşdirilmiş Milli Töhfələrə güclü diqqətayrıldı.

Ümumiyyətlə, “Troyka” qlobal iqlim gündəmlərində sinerjiyaratmaq, həm ambisiya, həm də maliyyə mexanizmlərini irəliaparmaq, eyni zamanda kritik icra problemlərini həll etmək vəinkişaf etməkdə olan ölkələrin iqlimə davamlılığını artırmaq üçünfəaliyyət həyata keçirir. Əminəm ki, “Troyka” nəticəsində bizmöhkəm, davamlı və hamı üçün ədalətli gələcək qura biləcəyik vəgələcək COP tədbirləri üçün möhkəm gündəlik təmin edəcəyik”, - deyəYalçın Rəfiyev deyib.

Qeyd edək ki, “Troyka” ölkələrinə Birləşmiş Ərəb Əmirlikləri(COP28), Azərbaycan Respublikası (COP29) və Braziliya (COP30)daxildir.

Xatırladaq ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub. Dünən isə Bakıda BMT-nin İqlimDəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimikeçirilib.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Chosen
27
3
az.trend.az

4Sources