EN

“Son 50 ildə 11 min böyük fəlakət olub, 2 milyon insan ölüb”

“Bu gün dünya iqtisadi mənzərəsinə baxdıqda, son 50 ildə iqlim və ya su ilə bağlı 11 min böyük fəlakət yaşanıb. 2 milyon insan həyatını itirib, dünya 4,5 trilyon dollarlıq iqtisadi zərər görüb”.

“Qafqazinfo” xəbər verir ki, bunu Türkiyənin iqlim, şəhərsalma və ətraf mühit naziri Murat Kurum Bakıda COP29 sammiti çərçivəsində ölkəsinin uzunmüddətli iqlim dəyişikliyi strategiyasına dair yeni “Yol Xəritəsi”ni təqdim edərkən deyib.

O qeyd edib ki, Türkiyə bu reallığa səssiz qalmayıb: “Çünki ölkəmiz daşıdığı dəyərlər və coğrafi məkan baxımından dünyanın vicdan və elm mərkəzidir. İnsanlıq üçün, ortaq evimiz üçün var gücü ilə çalışır. Prezident Rəcəb Tayyib Ərdoğanın da dünyaya elan etdiyi kimi, 2053-cü ilə qədər sıfır emissiya hədəfi bu qərarlılığımızın əsas göstəricisidir. Yol xəritəmizi də buna uyğun olaraq hazırlamışıq”.

Gülnar Əliyeva

Chosen
22
qafqazinfo.az

1Sources