EN

Qretaya Vəfa: “ictimai fəal”ın əsl siması göründü

Müasir beynəlxalq münasibətlərdə Azərbaycanın uğurlu siyasəti, qətiyyətli addımları və milli maraqlarını müdafiə edən strategiyası bəzi Qərb ölkələrinin və onların nəzarətində olan beynəlxalq təşkilatların narahatlığına səbəb olub. Bu narahatlıq, özünü Azərbaycana qarşı əsassız iddialar, yalan məlumatlar və qərəzli kampaniyalarda göstərir.

Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və xalqımızın milli maraqları naminə mübarizə apardığı dövrdə milli maraqları təhdid edən, saxta ideologiya və xarici qüvvələrin təsiri altında fəaliyyət göstərənlər həmişə mövcud olub. Bu gün isə "ictimai fəal", "aktiv müxalifətçi" kimi təqdim edilən bəzi şəxslərin maskalarının düşdüyünü görürük. Xüsusilə son hadisələrdə Gürcüstanın paytaxtı Tbilisidə baş verən etirazlarda iştirak edən, "We Azerbaijanies stand with Karabakh Armenians" ("Biz,azərbaycanlılar, Qarabağ ermənilərini dəstəkləyirik") şüarı altında dayanan Vəfa Nağı bu şəxslər bəhs olunan marionetlərdən sayıla bilər.

Qərbin ikili standartları: demokratiya adı altında təzyiq

Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bir çox beynəlxalq təşkilat və Qərb ölkəsi "demokratiya", "insan haqları" və "ifadə azadlığı" adı altında ölkəyə müdaxilə etməyə çalışmışdır. Lakin bu müdaxilələrin əsl məqsədi Azərbaycanda daxili sabitliyi pozmaq, ölkənin müstəqil siyasət yürütmək qabiliyyətini zəiflətmək və milli maraqları müdafiə edən rəhbərliyə təzyiq göstərmək olmuşdur.

Maraqlıdır ki, həmin beynəlxalq təşkilatlar və Qərb ölkələri dünyanın digər yerlərində insan haqları və demokratiya ilə bağlı ciddi problemləri görməzdən gəlirlər. Məsələn, müharibə cinayətləri, etnik təmizləmələr və ya repressiyalar baş verən bölgələrdə bu təşkilatlar çox vaxt susurlar. Buna qarşılıq, Azərbaycanın suveren hüquqlarını müdafiə etdiyi, ərazi bütövlüyünü təmin etməyə çalışdığı məqamlarda bu "demokratiya müdafiəçiləri" dərhal hərəkətə keçir.

"İctimai fəallar" və radikal müxalifət: xarici maraqlara xidmət edən alətlər

Son illərdə bəzi yerli "ictimai fəallar" və radikal müxalifət nümayəndələri Qərbin anti-Azərbaycan kampaniyasında fəal iştirak edirlər. Onlar xarici maliyyə dəstəyi, beynəlxalq platformalar vasitəsilə təbliğat və xarici təşkilatların "hüquq müdafiəsi" adı altında verdiyi təlimlərdən istifadə edərək, ölkəni hədəfə alıblar.

Bu qrupların bir çoxu xarici donorların maliyyə dəstəyi ilə fəaliyyət göstərir. Məsələn:

  • "Hüquq müdafiəsi təşkilatları" adı altında fəaliyyət göstərən qruplar Azərbaycanda insan haqları pozuntuları haqqında yalan məlumatlar yayır.
  • "Azad mətbuat" adı ilə çıxış edən KİV-lər xaricdən aldıqları sifarişləri icra edərək ölkə rəhbərliyini gözdən salmağa çalışır.
  • Radikal müxalifət liderləri və onların ətrafındakı qruplar Qərbin verdiyi göstərişlərə uyğun hərəkət edir və Azərbaycanda xaos yaratmaq məqsədi güdür.

Bütün bu şəxslər və təşkilatlar Azərbaycan xalqının milli maraqlarına zidd olaraq xarici qüvvələrin maraqlarına xidmət edirlər. Onların əsas məqsədi daxili sabitliyi pozmaq, Azərbaycan dövlətinin beynəlxalq imicinə zərbə vurmaq və xalqla hakimiyyət arasında qarşıdurma yaratmaqdır.

Karyera naminə alətə dönmək: radikalların əsl siması

Bu gün Azərbaycanın radikal müxalifəti və "ictimai fəallar" adlanan şəxslər xarici sponsorların göstərişlərini yerinə yetirərək əslində öz vətənlərini satırlar. Onların fəaliyyəti göstərir ki:

Maliyyə maraqları: Xarici donorların verdiyi pullar onların əsas motivasiyasıdır. Onlar milli maraqları bir kənara qoyaraq xarici təşkilatların sifarişlərini yerinə yetirir. Təxribat xarakterli fəaliyyətlər: Sosial şəbəkələrdə yayılan yalan məlumatlar, beynəlxalq platformalarda səsləndirilən əsassız ittihamlar Azərbaycanın imicinə xələl gətirmək məqsədi güdür. Qərbin "maşa siyasəti": Bu şəxslər və qruplar Qərbin maraqlarına xidmət edən vasitəçilərə çevrilib. Onlar öz xalqlarına qarşı qarayaxma kampaniyasının bir hissəsinə çevriliblər.

Beynəlxalq təşkilatlar və onların qərəzli yanaşmaları

Azərbaycan əleyhinə fəaliyyət göstərənlərin arxasında, əsasən, müəyyən beynəlxalq təşkilatlar dayanır. Məsələn, bəzi Qərb dövlətlərinin maliyyələşdirdiyi QHT-lər, beynəlxalq hüquq müdafiə təşkilatları və KİV-lər sistematik olaraq ölkəmizi tənqid edir. Bu təşkilatlar:

  • Azərbaycanın 44 günlük İkinci Qarabağ Müharibəsində və sonrakı lorkal antiterror tədbirlərində əldə etdiyi qələbəni qəbul etmək istəmirlər.
  • Azərbaycanın enerji resurslarından müstəqil şəkildə istifadə etməsini və geosiyasi təsirini artırmasını əngəlləməyə çalışırlar.
  • Regionda sabitliyi pozmaq üçün daxili təxribatlara dəstək verirlər.

Anti-Azərbaycan kampaniyasının çirkin mahiyyəti

Azərbaycan əleyhinə fəaliyyət göstərənlərin məqsədli və qərəzli olduğunu sübut edən çoxsaylı faktlar mövcuddur:

  • Maliyyə mənbələri: ABŞ və Avropa İttifaqı tərəfindən maliyyələşdirilən təşkilatların hesabatlarında Azərbaycanın daxili işlərinə müdaxiləni təşviq edən layihələr açıq şəkildə qeyd olunur.
  • Media manipulyasiyaları: Qərb mass-mediasında yayılan yalan xəbərlər birbaşa müəyyən maraq qruplarının sifarişlərini əks etdirir.
  • Radikalların fəaliyyəti: Azərbaycanda radikal müxalifət xarici səfirliklərin və təşkilatların dəstəyi ilə təxribat xarakterli mitinqlər təşkil edir.

Azərbaycan yox, siz ermənilərlə birgəsiniz

Bu şüarın altında dayanan Vəfa Nağı və onun kimi "ictimai fəallar" öz hərəkətləri ilə sübut etdilər ki, azərbaycanlılar deyil, məhz onlar həmişə ermənilərlə birgə olublar. Onların niyyətləri sadədir: xaricdən aldıqları sifarişlərə uyğun olaraq milli maraqlara qarşı çıxmaq, Azərbaycanın beynəlxalq arenada nüfuzuna zərbə vurmaq və ermənilərin maraqlarını qorumaq.

Özlərini "demokratiya carçısı" kimi təqdim edən bu şəxslərin həqiqi mahiyyəti artıq hamıya bəllidir. Son parlament seçkilərində radikal müxalifətin fəal şəkildə dəstəklədiyi, hətta bloqer və həm də AXCP sədr Əli Kərimli ilə onun sosial şəbəkələrdəki trollarının "islahatçı deputatlığa namizədi" kimi təqdim etdiyi Vəfa Nağı Gürcüstan paytaxtında "ekoaktivist", Azərbaycana nifrət edən və ölkəmizlə xalqımıza qarşı yönəlmiş dezinformasiya, yalan və feyk xəbərlər kampaniyalarının ən fəal fiqurlarından olan Qreta Tunberqlə yanaşı durub.

Üstəlik, V.Nağı isveçli Tunberqin erməni sifarişçilərinin istəyi ilə apardığı "qarabağlı ermənilərə qarşı Bakının qəddar yanaşması" kimi marazmatik, absurd tələblərdən birinin "romantik" şəkildə əks olunduğu plakatın önündə durubmuş.

"Novator ictimai fəal" yəni plakatda nə yazıldığını anlamayıb, ingilis dilini bilmir və ya Qreta Tunberqin mövqelərini bölüşmür?

Əsla inandırıcı iddialar deyil bunlar.

Belədirsə, bəs hanı o vaxt onun tərəfini tutanlar, onu "xalqın və dövlətin mənafeyi üçün çalışan insan" kimi təqdim edənlər? Niyə susurlar, nədən Vəfa Nağının, çox yumşaq desək, kollaborasionist və siyasi mənəviyyatla məntiqdən çox kənar plakatın yanında çox rahatlıqla dayanmasını, yəni Tunberqin sarsaq bəyanatını bölüşməsini sakit qarşılayırlar?

Olmaya Qərbdəki "hami"lərini sinirləndirmək və bununla da "dolanışıq yolu"nun bağlanmasını istəmirlər?

Xarici qrantlar, itirilmiş məntiq

Vəfa Nağı kimilər üçün görünür, məntiq və rasionallıq anlayışları xüsusi əhəmiyyət kəsb edən məqamlar deyil.

Onlar üçün əsas olan xarici qrantların davamlılığını təmin etmək, sifarişləri yerinə yetirməkdir. Tbilisidə ermənipərəst etiraz aksiyalarına qatılmaqla Azərbaycanı "etnik təmizləmə"də ittiham edən Vəfa Nağı vaxtilə özünü vətənpərvər kimi təqdim edərək xalqı aldatmağa çalışırdı. İndi isə bu adamlar üçün Vətən" anlayışının heç bir mənası olmadığını bir daha gördük. Onlar üçün əsl prioritet sahiblərinin mənafeyini qorumaqdır.

Vəfa Nağının belə aksiyalarda qara maska taxaraq iştirak etməsi də təsadüfi deyil. O, açıq şəkildə ermənilərin maraqlarını müdafiə edən şüarlarla dayanır və Azərbaycanı qondarma "etnik təmizləmə"də ittiham edir.

Bunun adı nədir?

Bəs Qarabağ işğal altında olarkən, bir milyondan çox qaçqın-köçkün yurd yerlərindən didərgin harada idilər belə "ictimai fəallar"?

Onlar, əslində, Azərbaycan dövlətinin uğurlu siyasətinə qarşı hazırlanan genişmiqyaslı hücumların daxili vasitəçiləridir. Onlar üçün "vətən" anlayışı yoxdur. Onlar yalnız aldıqları xarici qrantların davamlılığını təmin etmək üçün çalışırlar.

Tbilisidə Tunberqin yanında qara maskalı dayanılsa da, artıq maskalar düşüb, "insan haqları, demokratiya və s." ilə yanaşı, saxta vətənpərvərlik iddiaları ilə xalqı aldadanların əsl niyyətləri üzə çıxdı.

Nağının üzündəki maska isə onun "hami və sahib"lərinin niyyətləri, özlərini "Azərbaycanın ictimai fəalları və aktiv müxalifətçiləri" adlandıranların əməlləri rəngində idi.

Təsadüfdürmü? Düşünmürük, çünki fəlsəfənin səbəb və nəticə qanunun hələ kimsə təkzib edə bilməyib...

Elçin Alıoğlu
Milli.Az

Chosen
30
40
milli.az

10Sources