EN

Azərbaycanda nadir “yaşıl” enerji zonaları

Qlobal Bərpa Olunan Enerji Alyansının baş direktoru Brüs Duqlas mediaya müsahibəsində 29-cu iqlim sessiyasının Azərbaycanda keçirilməsinin ölkəmizin “yaşıl” enerjiyə keçidində, eləcə də bərpaolunan enerjinin inkişafı məqsədlərinə nail olunmasında mühüm rol oynayacağına əminliyini bildirib. 

O, eyni zamanda, bu beynəlxalq konfransda  Azərbaycanın gələcəkdə respublikamızın iqtisadi inkişafına dəstək olacaq “yaşıl” enerjinin Avropaya ixracı ilə bağlı layihənin həyata keçirilməsi üçün əhəmiyyətli tərəfdaşlar cəlb edə biləcək reallığını da diqqətə çatdırıb. B.Duqlasın sözlərinə görə, COP28 2030-cu ilə qədər bərpaolunan enerjini 3 dəfə, enerji səmərəliliyini 2 dəfə artırmaq və qalıq yanacaqları aradan qaldırmaq məqsədi daşıyan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) konsensusu ilə tarixə düşüb. Bir il sonra COP29,  COP28-dən COP30-a əhəmiyyətli aralıq addım kimi enerji keçidində mühüm mərhələyə çevrilir. 

Belə konfranslar təkcə iqlim problemi ilə bağlı məlumatlılığı artırmaq məqsədi daşımır, həm də müzakirələr, məlumat, təcrübə mübadiləsi və gələcək üçün konkret fəaliyyətlərin razılaşdırılmasında   maraqlı tərəfləri bir araya gətirməyi nəzərdə tutur. COP29 bu trayektoriyaya “maliyyə COPu” kimi uyğun gəlir. Qlobal Bərpa Olunan Enerji Alyansının baş direktoru ölkəmizin işğaldan azad edilmiş ərazilərinin “yaşıl” enerji zonasına çevrilməsi imkanlarını da yüksək  qiymətləndirib: “Azərbaycanda və onun qonşu ölkələrində “yaşıl” enerji zonalarının inkişafı istiqamətində unikal imkanlar var. 

Dünya Bankı Qrupunun təşəbbüsü olan “Enerji sektorunun idarə edilməsində Yardım Proqramı”na   əsasən, Azərbaycanda dəniz küləyinin texniki potensialı 157 GVt təşkil edir. Bunun 35 GVt-ı dənizdə sabit layihələrə, 122 GVt isə dəniz küləyi layihələrinə  uyğundur (dayazsulu hövzələrdə 35 GVt və dərinsulu hövzələrdə 122 GVt). Bu, böyük miqdarda quruda külək və günəş fotovoltaik potensialı ilə birləşərək  ölkəni “yaşıl” enerji zonasına çevirir və yüksəkgərginlikli birbaşa cərəyan vasitəsilə digər bazarların enerji təchizatını təmin edir.

Chosen
19
xalqqazeti.az

1Sources