EN

Qocalar evində qan donduran qətl

95 yaşlı qadın polis tərəfindən tapança ilə açılan atəş nəticəsində qocalar evində dünyasını dəyişib.

Tribunainfo.az Milliyet-ə istinadən xəbər verir ki, Avstraliyanın paytaxtı Kanberranın cənubundakı Cooma qəsəbəsindəki qocalar evinə gedən polis 95 yaşlı qadını güllələyib.

Əlində bıçaq olduğu iddia edilən Clare Novland tapança ilə vurulduqdan sonra ölüb.

34 yaşlı yüksək rütbəli polis məmuru Kristian Uayt məhkəmə qarşısına çıxıb. O, qəsdən adam öldürmə ittihamını qəbul etməyib.
O, Avstraliya Ali Məhkəməsində bir həftə davam edən məhkəmə prosesində ittihamla mübarizə aparır.

Əflatun

Chosen
12
tribunainfo.az

1Sources