EN

Kiçik Ada Dövlətləri Alyansı: Kiçik ölkələrə maliyyə ayrılmalıdır ki, ayaqda qala bilsinlər

İqlim dəyişikliyi dünyadakı kiçik ölkələrə çox mənfi təsir göstərir.

APA xəbər verir ki, bunu COP29 Azərbaycan Əməliyyat Şirkəti və COP29-un rəsmi logistika üzrə tərəfdaşı olan “Rhenus” şirkəti tərəfindən keçirilən birgə panel sessiyasında Kiçik Ada Dövlətləri Alyansı sədrinin iqlim diplomatiyası komandasının rəhbəri Rueanna Haynes deyib.

O, qeyd edib ki, Karib dənizi ölkələrində insanların qazancı inkişaf edən ölkələrlə müqayisədə azdır:

"Onlar kredit belə almaqda çətinlik çəkirlər. Karib dənizi ölkələri iqlim dəyişikliyinə təsir edən ölkələr deyil. Lakin iqlim dəyişikliyindən əziyyət çəkirlər Dəyişiklikliyə adaptasiya üçün kreditlər alırlar. İqlim dəyişikliyi kiçik ölkələrə çox mənfi təsir göstərir. Onlara maliyyə ayrılmalıdır ki, ayaqda qala bilsinlər”.

Chosen
16
2
apa.az

3Sources