EN

"2025-ci ildə evinə qayıtmayan bir insan qalmayacaq" - Türkiyəli nazir

"İlin sonuna kimi zəlzələ bölgəsində 200 min evi təhvil verməyi hədəfləyirik".

Teleqraf.com xəbər verir ki, Türkiyənin Ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum COP 29 çərçivəsində Bakıda keçirilən mətbuat konfransında deyib.

Nazir jurnalistlərə açıqlamasında bildirib ki, Türkiyə 6 fevralda böyük bir acı ilə oyanıb: "Bütün ölkəyə təsir edən zəlzələdə 11 rayonumuz, 14 milyon insan zərər çəkdi. Bundan sonra dünyaya nümunə olaraq, dünyanın heç bir yerində görə bilməyəcəyiniz anlayış və səbirlə tək ürək olduq və 11 rayonumuzda inşa proseslərinə başladıq. Bu sahədə ilin sonuna kimi 200 min evi təhvil verməyi hədəfləyirik. Çalışırıq ki, 2025-ci ildə evinə geri qayıtmayan bir insan belə qalmasın".


Müəllif: Oruc Ələsgərov
Chosen
29
teleqraf.com

1Sources