EN

COP29-a dəvəti Ermənistan qəbul etməyib

Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın COP29 konfransında iştirakı ilə bağlı jurnalistlərə açıqlama verib. H.Hacıyev Azərbaycan Konvensiyanın üzvü olaraq bütün tərəflərə dəvət göndərdiyini bildirib:

“Təəssüflə qeyd edirik ki, Ermənistan iştirak etməyib. Azərbaycan Konvensiyanın üzvü olaraq bütün tərəflərə dəvətini göndərib, Ermənistan qeydiyyatdan keçirilsə də, amma hələ də onların nümayəndələrinin iştirakı ilə bağlı məlumat daxil olmayıb. Ermənistan bu tədbirdə iştktak etmirsə, bundan əlavə, regional əməkdaşlıqdan, ölkələrarası təmaslardan danışırsa, bu, bir daha onu göstərir ki, Ermənistan tərəfi belə hallardan istifadə edərək yalnız özünün birtərəfli təbliğatına çalışır. Ermənistan Konvensiya üzvü kimi dəvət almışdı və dəvət alan tərəf kimi tədbirdə iştirak edə bilərdi”.

 

Chosen
2
10
xalqqazeti.az

10Sources