EN

COP29-un Yaşıl Zonasında "Yuxarıda necədirsə, aşağıda da elədir" adlı tədbir keçirilib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) üçüncü günündə Yaşıl Zonada "Yuxarıda necədirsə, aşağıda da elədir" adlı tədbir keçirilib.
Oxu.Az xəbər verir ki, tədbirdə Elizabet Jikova, Elnarə Nəsirli, Ersin han Ersin, Han Hans Georq Paçner, Ken Kostel çıxış ediblər.
Çıxışlar zamanı mövzu ətrafında geniş müzakirələr olub.
"Yuxarıda" quruda meşələrin bərpası səylərinə, "aşağıda" isə həm quruda, həm də suda ekosistemlərin birliyini vurğulayaraq okeanların mühafizəsindən danışılıb. Daha sonra aktual ekoloji problemlər müzakirə olunub.
Qeyd edək ki, "Yuxarıda necədirsə, aşağıda da elədir" ifadəsi makrokosmos (kainat) və mikrokosmos (yer və insanlar) arasında dərin qarşılıqlı əlaqəni təklif edən qədim Hermetik fəlsəfədən ilhamlanıb.
Xanım Aydın
Chosen
37
45
oxu.az

10Sources