EN

57 yaşlı hücumçudan 40-cı mövsüm ARZUSU

Yaponiyalı futbolçu Kazuesi Miura karyerasını davam etdirməyi planlaşdırır.

İdman.biz xəbər verir ki, “Atletiko Sudzuka”da çıxış edən 57 yaşlı hücumçu 40-ci mövsümünü keçirmək istəyir.

İkinci divizion klubu “Yokoqama”nın 4-cü liqa təmsilçisinə icarəyə verdiyi forvard indiki klubunda iyulda debüt edib. O, Yaponiya Futbol Liqasında ən yaşlı futbolçu olub. Miura yaz-payız sistemi ilə keçirilən çempionatın növbəti mövsümündə də oynamaq arzusundadır. Həmin vaxt onun 58 yaşı olacaq.

Qeyd edək ki, Miura 1992-ci ildə Asiyanın ən yaxşı futbolçusu seçilib. O, 1990-2000-ci illərdə millidə 89 oyunda 55 qola imza atıb, 1992-ci ildə Asiya və Afroasiya kubokunu qazanıb. 18 mükafat qazanan veteran 4 dəfə Yaponiya, 1 dəfə Xorvatiya çempionu olub.

İdman.biz

Chosen
30
idman.biz

1Sources