Ukraynalılar ölkənin Silahlı Qüvvələrində qeyri-müəyyən müddətə xidmət etməkdən qorxurlar. Ukrayna ordusunun əsgərləri bildiriblər ki, kişilər əsgər getmək istəmirlər. Onlar qorxurlar ki, heç vaxt evlərinə qayıtmayacaqlar.
Publika.az xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.
"İndi ölkə vətəndaşlarının bir çoxu səfərbərliyi ölüm hökmü hesab edir", - deyə ukraynalı hərbçilərdən biri qeyd edib.
Ukrayna mətbuatı hərbi komissarlıq əməkdaşlarının keçirdiyi irimiqyaslı reydlər barədə məlumat yayıb. Onlara görə ölkə xalqı iğtişaşlara hazır idi. Daha sonra Ukrayna hakimiyyəti xalqın narazılığını yatırmaq üçün cəbhə bölgələrinə hərbi komissarların göndərilməsini təklif edib.