EN

Türkiyəyə razılıq verildi: onlarla qırıcı alır

Uzun müddətdən sonra Türkiyə ilə Almaniya arasında "Eurofighter Typhoon" döyüş təyyarəsinin alınması istiqamətində aparılan danışıqlar müsbət nəticə ilə yekunlaşıb.

Ölkə.Az xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər məlumat verib.

Onun sözlərinə görə, Türkiyə Hərbi Hava Qüvvələrinin ehtiyacları çərçivəsində 40 ədəd "Eurofighter Typhoon" döyüş təyyarəsi tədarük etməyi hədəfləyir. 

O bildirib ki, "Eurofighter" konsorsiumunun üzvləri olan İtaliya, İspaniya və Böyük Britaniya döyüş təyyarərlərinin  Türkiyəyə satılmasına razı olsa da, Almaniyanın birtərəfli embarqosu nəticəsində bu mümkün olmurdu.

Nazir Gülər ​​əlavə edib ki, NATO-dakı dostları olan İtaliya, İngiltərə və İspaniyanın səyi nəticəsində Almaniya Türkiyəyə "Eurofighter Typhoon" döyüş təyyarəsini satmaq barədə razılıq verib.

"Türkiyə Hərbi Hava Qüvvələri son nəsil konfiqurasiyada 20+20 "Typhoon" təyyarəsi almağı planlaşdırır", - nazir bildirib. 

Qeyd edək ki, bu günə qədər 550-dən çox "Eurofighter Typhoon" döyüş təyyarəsi Almaniya, İngiltərə, İtaliya, İspaniya, Avstriya, Oman və Səudiyyə Ərəbistanına satılıb. 

Mürtəza
Ölkə.Az

Chosen
28
olke.az

1Sources