Türkiyənin milli müdafiə naziri Yaşar Gülər bildirib ki, Türkiyənin BRİKS-ə mümkün qoşulması NATO-ya mənfi təsir göstərməyəcək.
Sitat.info xəbər verir ki, Gülər bu barədə TV100 kanalına deyib: “Biz 70 ildir NATO-nun bir hissəsiyik, alyansa əsaslı dəstək veririk. NATO müdafiə strukturudur, BRİKS isə iqtisadi strukturdur. Əgər BRİKS-ə qoşulmağı bacarsaq, iqtisadi artımımız üçün əhəmiyyətli nəticələr əldə edə bilərik. Bunun NATO-ya mənfi təsir edəcəyinə inanmıram".
Bundan əvvəl prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə qrupa tamhüquqlu üzv olmaq üçün BRİKS ilə əlaqələri fəal şəkildə inkişaf etdirmək niyyətindədir.
Tehran,
Sitat.info