EN

Gürcüstanda prezident seçkiləri yanvarda keçiriləcək

Gürcüstanda prezident seçkilərinin 2025-ci il yanvarın əvvəlində keçiriləcəyi gözlənilir.

“Exo Kavkaza” xəbər verir ki, bu barədə baş nazir İrakli Kobaxidze Bakıda açıqlamasında bildirib.

“Ölkədə hər şey dinc və sakitdir. Parlament seçkilərinin nəticələrinə yekun vurulacaq və ondan sonra onuncu gün parlamentin ilk iclası keçiriləcək. Bundan sonra parlament həyatı başlayacaq və tezliklə, ehtimal ki, yanvarın əvvəlində prezident seçkiləri keçiriləcək. Bundan sonra prezidentin andiçmə mərasimi keçiriləcək. Ölkədə həyat həmişəki kimi davam edir, bir çox layihələrin icrası davam edəcək”, – Kobaxidze Bakıda jurnalistlərə bildirib.

Xatırladaq ki, prezidenti ilk dəfə olaraq Gürcüstan əhalisi deyil, Seçicilər Kollegiyası seçəcək. Seçkilər yeni seçilmiş parlamentin ilk iclasından sonra 45 gün ərzində keçirilməlidir.

Chosen
29
azpost.info

1Sources