EN

COP29 çərçivəsində Qazaxıstan yeni müqavilələr imzalayıb

Bakıda keçirilən COP29 iqlim sammiti çərçivəsində Qazaxıstan yaşıl enerjinin inkişafı sahəsində beynəlxalq şirkətlərlə  əməkdaşlığa dair bir sıra sənədlər imzalayıb.

KONKRET.az xəbər verir ki, bu barədə Qazaxıstan Energetika Nazirliyinin məlumatında deyilir. O cümlədən, energetika naziri Almasadam Satkəliyevin iştirakı ilə nazirlik ilə Asiya İnkişaf Bankı arasında anlaşma memorandumu imzalanıb. Sənəd AİB ekspertləri tərəfindən hazırlanmış Enerji Keçid Mexanizmi vasitəsilə karbon neytrallığı məqsədlərinə nail olmaq üzrə əməkdaşlığı nəzərdə tutur. Enerji Keçid Mexanizmi enerji səmərəliliyinin artırılması, elektrik və istilik enerjisi istehsalında yeni texnologiyaların tətbiqi üzrə addımları əhatə edir. İmzalanan sənədlərə həmçinin Çin hökuməti ilə bərpa olunan enerji mənbələri sahəsində layihələrin həyata keçirilməsinə dair saziş də daxildir. Bu da qlobal istiləşməyə qarşı mübarizə, ekoloji cəhətdən təmiz texnologiyalara keçid və tullantıların azaldılması sahəsində əməkdaşlığı nəzərdə tutur. Bu layihələrə investisiyanın həcminin 2 milyard dollardan çox olacağı gözlənilir.”Abu Dhabi Future Energy Company” ilə Qazaxıstanın Cambil vilayətində külək elektrik stansiyası layihəsi üçün də investisiya sazişi bağlanıb. Bu layihə üçün gözlənilən investisiya məbləği 1,5 milyard dollar olacaq.

Vəli Həsənoğlu,

KONKRET.az

Chosen
15
34
konkret.az

10Sources