EN

Yunanıstan enerji keçidində tam iştirak edir - Baş nazir

Bakı. Trend:

Yunanıstan enerji keçidində tam iştirak edir.

Trend xəbər verir ki, bunuYunanıstanın Baş naziri Kiriakos Mitsotakis Bakıda COP29 sammitindəçıxışı zamanı bildirib.

O "ağıllı ekoloji razılaşma"nın əldə olunmasının Avropada enerjikeçidinin tarazlı təmin edilməsi üçün zəruri olduğunu vurğulayıb vəliderləri həm ekoloji, həm də iqtisadi reallıqları nəzərə almağaçağırıb.

“2005-ci illə müqayisədə emissiyalarımız 45 faiz azalıb.Əvvəllər elektrik enerjisi istehsalında kömürün payı 50 faizdən çoxidi, hazırda bu göstərici cəmi 6 faizdir. Hazırda elektrikenerjimizin təxminən yarısını külək və günəş enerjisindən istehsaledirik”, - deyə o qeyd edib.

K.Mitsotakis Avropa üçün dörd vacib prioritet qeyd edib: enerjikeçidində kompromislərin tanınması, tənzimləmələrin çevikliyinindəstək, Avropa enerji bazarının birləşdirilməsi və sənayenin iqlimhədəflərinə uyğunlaşmasının təmin edilməsi.

Xatırladaq ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub. Dünən isə Bakıda BMT-nin İqlimDəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimikeçirilib.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Chosen
23
1
az.trend.az

2Sources