EN

Azərbaycan və “BYD” elektrobusların lokallaşdırılması ilə bağlı razılığa gəliblər

Çinin “BYD” şirkəti ilə Azərbaycanda elektrobusların (elektrik mühərrikli avtobus) istehsalına dair müqavilə imzalanıb.

Azərbaycanda Çinin “BYD Company Limited” (BYD) şirkəti ilə elektriklə işləyən avtobusların istehsalının lokallaşdırılması ilə bağlı “Layihənin icra müqaviləsi”nin imzalanması mərasimi keçirilib.

APA-nın məlumatına görə, sazişə əsasən, 2030-cu ilə qədər elektrobusların istehsalının yaradılması və ehtiyat hissələrinin lokallaşdırılması səviyyəsinin mərhələli şəkildə 40%-ə çatdırılması nəzərdə tutulub.

Bildirilir ki, COP29 konfransı çərçivəsində Azərbaycana 160 “BYD” elektrik avtobusu gətirilərək pilot layihə kimi marşrut xətlərinə buraxılıb. “BYD”-nin yaratdığı birgə müəssisə Sumqayıt Kimya Sənaye Parkında tikiləcək zavoda təqribən 17,1 milyon dollar investisiya qoymağı planlaşdırır. Şirkət daxili tələbatı və ixrac imkanlarını nəzərə alaraq illik istehsal gücünü 500 ədədə çatdırmaq və 600 yeni iş yeri yaratmaq niyyətindədir.

Chosen
19
oxumeni.az

1Sources