EN

Mərakeş bərpa olunan enerjini 50 %-dən çox artırır

"Mərakeş öz enerji kompleksində bərpa olunan enerjinin payını 40 %-ə çatdırıb və bu göstəricini 52 %-ə qaldırmağı hədəfləyir".

Bunu Mərakeş Krallığının Baş naziri Aziz Axanuş COP29 çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O xatırladıb ki, iqlim dəyişikliyinin quraqlıq və s. kimi təsirləri Afrika qitəsində kəskin şəkildə hiss olunur.

Baş nazir vurğulayıb ki, ölkələr iqlimin maliyyəsi və emissiyaların azaldılması məsələsində həmrəylik nümayiş etdirməlidirlər: "Mərakeş su ehtiyatları, bərpa olunan enerji sahəsində böyük layihələr həyata keçirir. Biz sıfır emissiya hədəfinə doğru irəliləməyə davam edəcəyik".

"Cebheinfo.az"

Chosen
19
cebheinfo.az

1Sources