EN

COP29-da iştirak edən birinci xanımlar - SİYAHI

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) davam edir. Tədbirdə iştirak etmək üçün 196 ölkədən 72 min iştirakçı qeydiyyatdan keçib. Dünyanın dörd bir yanından gələn dövlət və hökumət başçıları - Britaniya, İtaliya, İspaniya, Danimarka, Belçika, Finlandiya, Polşa, Yunanıstan, Çexiya, Xorvatiya, Serbiya, Afrika və Cənubi Amerika, kiçik ada dövlətlərinin və digər ölkələrin liderləri, eləcə də Avropa İttifaqı Şurası kimi təşkilatların rəhbərləri tədbirdə çıxış edib və müxtəlif görüşlərdə iştirak ediblər. Ümumilikdə 80-dən çox ölkənin prezidenti, vitse-prezidenti və baş naziri Bakıya gəlib.

 

Modern.az-ın məlumatına görə, bir sıra ölkələrin birinci xanımları da tədbirdə iştirak edib.

 

Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva, Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan, Qırğız Respublikasının birinci xanımı Aygül Japarova, Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva tədbirdə iştirak edənlər arasındadırlar.

 

Onlar “Gənclər iqlim fəaliyyətlərinin ön cəbhəsində” mövzusunda konfransda iştirak ediblər.

Chosen
20
3
modern.az

4Sources