İki bombardir karyerasını "Real"da davam etdirmək istəyir.
"Operativ Məlumat Mərkəzi-OMM" “Todofichajes” portalına istinadən xəbər verir ki, “Sportinq”in hücumçusu Viktor Qyokeres və “Mançester Siti”nin hücumçusu Erlinq Haaland karyeralarını "kral" klubunda davam etdirmək istəyirlər.
Mənbə qeyd edir ki, Madrid klubu adıçəkilən futbolçulardan birini seçəcək.
Haalandın transfer qiyməti 200 milyon avro, Qyokeresin qiyməti isə 70 milyon avro olaraq qiymətləndirilir.
Premyer Liqanın cari mövsümündə Erlinq 11 oyun keçirib, 12 qol vurub.
Viktorun Portuqaliya çempionatında 11 matçda 16 qolu var.