EN

COP29 Azərbaycana nələr qazandıracaq? - AÇIQLAMA 

Məlumdur ki, Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası adlı beynəlxalq tədbir keçirilir. Rəsmi məlumatlara görə, tədbirdə iştirak etmək üçün 67 min nəfər qeydiyyatdan keçib. Onların arasında prezidentlər,  vitse-prezident və baş nazirlər var.

Bəs görəsən, COP29 Azərbaycana nələr qazandıra biləcək?

Mövzu ilə bağlı deputat Müşfiq Cəfərov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində COP ilk dəfə bir türk dövlətində keçirilir. 

Onun sözlərinə görə, COP29 həm də Azərbaycan reallıqlarının beynəlxalq aləmə əyani nümayişi baxımdan da əhəmiyyətli olacaq:

"Tədbirin açılışında çıxış edən cənab Prezident İlham Əliyev Azərbaycanın ixrac bazarlarına diqqət yetirdiyini və öz tərəfdaşları ilə birgə mühüm enerji təhlükəsizliyi layihələrini həyata keçirməyə çalışdığını bildirib. Azərbaycan bu mühüm tədbirə layiqincə hazırlaşıb. COP29-un keçirildiyi məkan mükəmməl səviyyədə görünür, sürət və keyfiyyət çox gözəl təmin olunmaqdadır. Hazırda müşahidə olunan iqlim dəyişikliyi təkcə təbiətə və infrastruktura deyil, həm də bəşəriyyətə ciddi  ziyan vurur. Bu iqlim dəyişikliyi isə bütün dünyada baş verir. Demək olar ki, bundan bütün ölkələr müxtəlif dərəcələrdə təsirlənir. Qlobal iqlim problemləri əvvəlki illərlə müqayisə üç qat  artıb. Bu, bütün bəşəriyyət üçün çoxsaylı mənfi nəticə yaradır, ərzaq təhlükəsizliyini, insanların sağlamlığını və rifahını təhdid edir". 

M. Cəfərov hesab edir ki, əslində beynəlxalq tərəfdaşlarımızın da 29-cu iqlim sessiyasından gözləntiləri böyükdür. 

"Belə ki, son 10 ildə müsbət nəticə əldə edilməyən maliyyə probleminin həlli Bakıda təşkil olunan tədbirdən gözlənilir. Sözsüz ki, bu, çətin danışıqlardır və COP29-da məsələnin həllinə böyük ümid bəslənilir. Onu da qeyd edim ki, cənab prezidentin COP29-un açılış mərasimindəki cəsarətli və milli maraqları tam ifadə edən çıxışı hələ uzun illər beynəlxalq mediada müzakirə olunacaq. Dövlət başçısı İlham Əliyevin BMT-nin qətnamələrinin Azərbaycan Ordusu tərəfindən reallaşdırmasından və 30 illik müharibə şəraiti zamanında, dövlətimizin inkişaf yolundan bəhs edərkən, yalançı və riyakar Qərb mediasından və bəzi qurumların ikili standartlar tətbiq etməsindən bəhs etməsiylə bir çox suallara aydınlıq gətirmiş oldu", - deyə müsahibimiz vurğulayıb.

Gülşən Şərif

Chosen
24
1
bakivaxti.az

2Sources