EN

“Azərbaycan Avrasiyada enerji və daşımalar xəritəsini əsaslı şəkildə dəyişib”

“Noyabrın 12-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirildi.

Keçən ilin sonlarında 200 ölkənin yekdil qərarı ilə Azərbaycana COP29-a ev sahibliyi etmək hüququ verildikdən dərhal sonra Qərbin müəyyən ölkələrində olan anti-Azərbaycan qüvvələri də hərəkətə keçdilər. Bu qüvvələrin yeganə məqsədi ölkəmizə göstərilən yüksək etimadın səhv qərar olduğuna dair beynəlxalq ictimaiyyətdə yanlış rəy yaratmaq və COP29-u boykot etmək oldu”.

Publika.az xəbər verir ki, bu sözləri Bakıda öz işinə başlamış COP29-la bağlı mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili sözünə davam edərək bildirib ki, bu məqsədlə digər ölkələrə dərs keçməyi və siyasi riyakarlığı özlərinin əsas fəaliyyət prinsipləri kimi müəyyən etmiş müəyyən Qərb ölkələrindəki bəzi siyasətçilər dövlət nəzarətində olan QHT-ləri və dezinformasiyalar üzərində ixtisaslaşmış medianı səfərbər etdilər.” Azərbaycanın demonizasiyası bu qüvvələrin əsas amalına çevrildi. Lakin bütün bu səylər heç bir nəticə vermədi. COP29 artıq öz işinə başlayıb və biz indidən əminliklə deyə bilərik ki, bu sessiya bütün bəşəriyyət üçün çox önəmli nəticələrə gətirib çıxaracaq. COP29-un Liderlər Sammitinin açılış mərasimdə söylədiyi nitqində cənab Prezident İlham Əliyev bütün bu məqamlara detallı şəkildə toxundu. Dövlətimizin başçısı xüsusi olaraq vurğuladı ki, COP29-a ev sahibliyi etmək hüququnun Azərbaycana verilməsi bizim ölkəyə beynəlxalq aləmdə göstərilən böyük hörmətin əlamətidir və ölkəmizin fəal rolunun yüksək qiymətləndirilməsi deməkdir. Cənab Prezident son bir ildə boykotu təşviq edən qüvvələrə də öz mesajını göndərdi. Onların diqqətinə çatdırıldı ki, Bakıda keçirilən COP29-a qarşı boykot kampaniyası tam iflasa uğradı. Bu gün Azərbaycanda COP29-un 196 ölkədən 72 min qeydiyyata alınmış iştirakçısı vardır ki, onlardan da 80 nəfəri Prezidentlər, Vitse-prezidentlər və Baş nazirlərdir. Bu, anti-Azərbaycan qüvvələrin növbəti planlarının tam fiaskosu deməkdir”.

Chosen
7
12
publika.az

10Sources