EN

Azərbaycan COP29-u çox yüksək səviyyədə təşkil edib - Laziz Kudratov

Azərbaycan COP29-u çox yüksək səviyyədə təşkil edib.

Olaylar xəbər verir ki, bu barədə Özbəkistan Respublikasının investisiya, sənaye və ticarət naziri Laziz Kudratov Bakıda COP29 çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

"Özbəkistanda Azərbaycanın bu uğurlarına ürəkdən sevinirik", - o deyib.

Onun sözlərinə görə, bu gün COP29 çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında görüş keçirilib.

"Görüşdə ikitərəfli əməkdaşlıq müzakirə olunub, yeni planlar müəyyənləşdirilib. İki dövlət arasında birgə layihələr həyata keçirilir. Prezidentlərimiz ikitərəfli tərəfdaşlığı yeni təşəbbüslərlə və layihələrlə zənginləşdirmək üçün konkret tapşırıqlar qoyublar. Bizim birgə Özbəkistan-Azərbaycan investisiya şirkətimiz fəaliyyət göstərir. Artıq birgə layihələr üçün yarım milyard dollar dəyərində maliyyə təminatı hazırlanıb. Azərbaycanın böyük inşaat şirkətləri Özbəkistan bazarına daxil olur, bizim tekstil şirkətlərimiz Azərbaycan bazarında fəaliyyət göstərir. Növbəti il Azərbaycanda avtomobil istehsalı layihəsini tam olaraq işə salacağıq. Bir sözlə, perspektivlər çox yaxşıdır", - Nazir əlavə edib.

Xatırladaq ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Dünən isə Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirilib.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
7
4
olaylar.az

5Sources