EN

Ekvadorda həbsxanada üsyan: Ölənllər və yaralananlar var

Cənubi Amerika ölkəsi Ekvadorun Quayaquil şəhərində yerləşən ölkənin ən böyük həbsxanası olan Litoralda iğtişaş baş verib.

News24.az xəbər verir ki, dünən səhər saatlarında məhbuslar arasında baş verən qarşıdurmada 15 nəfər ölüb, 14 nəfər yaralanıb.

Təhlükəsizlik qüvvələri bir neçə saat sonra həbsxanaya nəzarəti bərpa edərkən, həbsxanada genişmiqyaslı axtarış aparılıb.

Prokurorluqdan verilən açıqlamada hadisələrlə bağlı 9 məhbus barəsində qətl ittihamı irəli sürüləcəyi bildirilib.

Günel Məlikzadə


Chosen
31
news24.az

1Sources