EN

Missiya 1,5 üçün Yol Xəritəsi Afrika ölkələrinə ümid işığıdır - Keniyanın Baş naziri

Bakı. Trend:

Missiya 1,5 üçün Yol Xəritəsi Afrika ölkələrinə ümidişığıdır.

Trend xəbər verir ki, bubarədə Keniyanın Baş naziri Musalia Mudavadi COP29 çərçivəsindəkeçirilən “COP sədrlikləri “Troyka”nın yüksəksəviyyəli dialoqu:Ortaq rifahın gələcəyinə doğru Missiya 1,5 üçün Yol Xəritəmiz” adlıtədbir zamanı bildirilib.

"Bu il sürətli qlobal bazar dəyişikliyinin nəticələrinin əsasaspektlərinin həlli istiqamətində irəliləyiş beynəlxalqəməkdaşlıqla bağlıdır. BƏƏ konsensusu iqlim dəyişikliyi problemininçox vacib aspektlərini vurğuladı, bunlar arasında yalnız hədəflərəçatmaqda bir boşluq deyil, həm də onların həyata keçirilməsində birboşluq var. Biz etiraf etməliyik ki, BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyası (UNFCCC) özlüyündə lazımi transformasiyanıtəmin edə bilməz", - deyə o bildirib.

Onun sözlərinə görə, bu günə "yaşıl" iqlim Fondununkapitallaşması təxminən 13,5 milyard dollar təşkil edir, halbukiiqlim siyasəti təşəbbüsünə görə, 53 Afrika ölkəsinin 51-i 2020-2030illəri üçün öz NDC-lərini qiymətləndirərək onların həyatakeçirilməsi üçün 2,8 trilyon dollara ehtiyac olduğunu göstərib.

Xatırladaq ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub. Dünən isə Bakıda BMT-nin İqlimDəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimikeçirilib.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Chosen
44
az.trend.az

1Sources