EN

Nəfəsdən ağciyər xərçənginin aşkarlanması mümkün ola bilər -  Çin alimlərindən SENSOR KƏŞFİ

Nəfəsdən Nəfəsdən ağciyər xərçənginin aşkarlanması mümkün ola bilər -

Çin alimləri nəfəs yolu ilə ağciyər xərçəngini aşkar edə bilən sensor hazırlayıblar. Sensor tənəffüsdəki izoprenin aşağı olduğunu təyin edərək bu təyinatı edir.

E-saglam.az xəbər verir ki, Çinin Zhejiang Universitetinin alimləri nəfəs yolu ilə ağciyər xərçəngini aşkar edən sensor hazırlayıblar. Alimlər ümid edirlər ki, təməlqoyma texnologiyası bir çox insanın həyatını xilas edəcək.

“İndependent” qəzetinin xəbərinə görə, insanların nəfəs alarkən buraxdıqları müxtəlif qazlar bədən daxilində baş verənlər haqqında fikir verə bilir.

Bədəndəki mənşəyi dəqiq bilinməyən izopren adlı birləşmə bəzi insanların nəfəsində yoxdur. Çinin Zhejiang Universitetinin tədqiqatçıları tərəfindən aparılan yeni bir araşdırma tənəffüsdəki izoprenin səviyyəsinin ağciyər xərçənginin göstəricisi ola biləcəyini göstərir. Alimlər nəfəsdə izopren nisbətinin aşağı olmasının ağciyər xərçənginə dəlalət etdiyini və bunu müəyyən etmək üçün bir üsul hazırladıqlarını söyləyirlər.

Saç telindən incə sensor

ACS Sensors jurnalında dərc edilən araşdırmanı aparan komanda saç telindən min dəfə incə olan sensor hazırlayıb. Tədqiqatçılar qeyd ediblər ki, tərkibində platin, indium və nikel olan nanoflake sensoru nəfəsdə izopren səviyyələrini hətta milyardda iki hissədə (2 ppb) ölçə bilir. Sensor həmçinin izoprenə insan nəfəsindəki digər birləşmələrə nisbətən daha yaxşı cavab verib. Komanda daha sonra bu sensoru 5-i ağciyər xərçəngi olan 13 nəfərlə sınaqdan keçirib. İzopren səviyyələri xəstələrdə 40 ppb-dən az, sağlam xəstələrdə isə 60 ppb-dən yüksək olub.

Elm adamları yeni texnologiyanın ağciyər xərçənginin erkən diaqnozunu təmin etməklə bir çox insanın həyatını xilas edə biləcəyini düşünürlər. Bununla belə, sensorun uğuru haqqında dəqiq bir şey söyləmək hələ tezdir. Az sayda iştirakçıya əlavə olaraq, izopren və ağciyər xərçəngi arasındakı əlaqəni təsdiqləmək lazımdır.

Tərcümə: Könül Oruc

E-saglam.az

Chosen
9
22
e-saglam.az

10Sources