EN

“Prezidentin COP-29-da çıxışı zamanı toxunduğu məsələlər enerji təhlükəsizliyi sahəsindəki mühüm rolumuzdan xəbər vermiş oldu” - Deputat

\"Hazırda ölkəmiz COP-29 kimi bir beynəlxalq tədbirə ev sahibliyi edir. Bu, əlbəttə bizim dünya ölkələrı qarşısında olan nüfuzumuzun nəticəsidir. Azərbaycanın fəal rolunun beynəlxalq arenada qiymətləndirilməsi bunu deməyə əsas verir”.
 
Bu sözləri AZXEBER.COM-a açıqlamasında deputat Vüqar İskəndərov deyib.

Deputat əlavə edib ki, Prezidentin COP 29-da çıxışı zamanı toxunduğu məsələlər enerji təhlükəsizliyi sahəsindəki mühüm rolumuzdan xəbər vermiş oldu:
 
”COP-29 sədri kimi Azərbaycanın Qlobal Cənubla Qlobal Şimal arasında əlaqələrin qurulması istiqamətində atdığı addımlar bir daha göstərir ki, Azərbaycan inkişaf etmiş və inkişaf edən ölkələr arasında konsensusun tapılmasına töhfə verməyə çalışır. Prezident İlham Əliyevin dünya ölkələr qarşısında çıxışı zamanı toxunduğu məsələlər bizim gələcək strateji planlarımızdan xəbər verməklə yanaşı enerji təhlükəsizliyi sahəsində oynadığımız rolun da əhəmiyyətindən xəbər verir. Ancaq çox təəssüf ki, COP29-a ev sahibliyi edəcəyimiz bilindiyi gündən bu yana Azərbaycana qarşı olan qərəzli yanaşmalar bir daha bizi məyus edir. Azərbaycan bu gün haqq yolundadır. Biz dünyanın nüfuzlu dövlətləri ilə bir sıraya qoyulacaq gücdəyik. Bu gün dünyanın əksər nüfuzlu təşkilatlarına üzvlüklə yanaşı rəhbərlik də edə bilirik. Nüfuzlu tədbirlərə ev sahibliyi edirik. 80 minə yaxın qonağın hazırda ölkəmizdə olması da dünyanın bizə olan hörmət və ehtiramının nəticəsidir. Bizə qarşı aparılan qara piar isə bizə heç bir formada təsir edə bilməz. Çünki ölkəmizin qətiyyətli liderinin atdığı addımlar göstərir ki, biz doğru yoldayıq”.
 
Mikayıl Mirzəzadə
Chosen
13
1
azxeber.com

2Sources