EN

Tonqanın Baş naziri Kiçik ada dövlətlərinin maraqlarını prioritet etmək üçün həmrəyliyə çağırıb

Dənizlərin səviyyəsinin yüksəlməsi ilə yaranan mövcud təhlükəni aradan qaldırmaq və qlobal temperatur artımını 1,5°C-də saxlamaq zəruridir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu fikirləri Tonqa Krallığının Baş naziri Siaosi Ofakivahafolau Sovaleni COP29 çərçivəsində İnkişaf Etməkdə olan Kiçik Ada Dövlətlərinin (SIDS) iqlim dəyişmələrinə həsr olunmuş Liderlər Sammitində səsləndirib.

O bildirib ki, Tonqa dəniz səviyyəsinin yüksəlməsinə dair 2023-cü il Bəyannaməsi və 2021-ci il Dəniz Zonasına dair Bəyannamə də daxil olmaqla, proaktiv addımlar atıb.

Baş nazir iqlim mobilliyi və dayanıqlı inkişaf üzrə Sakit Okean Regional Çərçivəsini də xatırladıb.

O, COP29-da qlobal temperaturun artımını 1,5°C-də saxlamaq da daxil olmaqla, Kiçik ada dövlətlərinin maraqlarını prioritet etmək üçün həmrəyliyə və liderliyə çağırıb.

Chosen
16
2
operativmm.az

3Sources