EN

“Bu layihələri maliyyələşdirmək üçün davamlı mühit yaradırıq”

“Paris Sazişinin 6.4-cü maddəsi ilə əlaqədar müsbət nəticələr əldə olunub”.

“Qafqazinfo” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov COP29 çərçivəsində “Əməkdaşlığın Gücü: Net-Zero üçün fəaliyyətlərin birləşdirilməsi” mövzusunda panel müzakirəsi zamanı deyib. 

M.Cabbarov iqlim maliyyəsi ilə bağlı məsələyə diqqət çəkib: “Əsas ideya, istehsalçı ölkələrin, həmçinin digər şirkətlərin həmrəylik içində iştirakını təmin edəcək davamlı bir prinsip qurmaqdır. Birlikdə bu layihələri maliyyələşdirmək üçün istifadə oluna biləcək davamlı bir mühit yaradırıq. Sonrakı mərhələ isə müvafiq həllər üzərində işləməyə davam etməkdir”.

Günel İbrahimova

 

Chosen
14
qafqazinfo.az

1Sources