EN

Noyabrın 15-də "yaşıl" böyümə üzrə portal istifadəyə veriləcək - Nazir

Bakı. Trend:

Noyabrın 15-də "yaşıl" böyümə üzrə portal istifadəyəveriləcək.

Trend xəbər verir ki, bunuAzərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarovİqlim Dəyişmələri üzrə COP29-un Liderlər Sammiti çərçivəsində"Əməkdaşlığın Gücü: Net-Zero üçün fəaliyyətlərin birləşdirilməsi"mövzusunda keçirilən panel müzakirədə çıxışı zamanı bildirib.

"İki gün sonra "yaşıl" böyümə üzrə portal istifadəyə veriləcək,bu portal iş üçün əsas vasitə olacaq. Portal, yaşıl istehsal vəticarətin inkişafı üçün maneələri və ya əksinə, inkişaf yolunuaydın şəkildə göstərən rahat mexanizm təmin edəcək", - deyə obildirib.

Xatırladaq ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub. Dünən isə Bakıda BMT-nin İqlimDəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimikeçirilib.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Chosen
23
1
az.trend.az

1Sources