EN

Azərbaycanlı müxalifətçinin qızı Maqnitski mükafatına layiq görülüb

Azərbaycanlı siyasətçi və alim Qubad İbadoğlunun qızı Jalə Bayramova "İnsan hüquqları üzrə görkəmli gənc fəal" nominasiyasında 2024-cü il Maqnitski mükafatına layiq görülüb.

O bu mükafata atası  - doktor Qubad İbadoğlunun işinə diqqəti yönəltmək üçün  əməyinə və onun azad edilməsi uğrunda kampaniyaya görə layiq görülüb, "Ədalət naminə Maqnitski” qlobal kampaniyası bildirib.

"Atəş altında cəsarət" nominasiyasının laureatı rusiyalı müxalifətçi Aleksey Navalnının dul xanımı Yuliya Navalnaya olub.

* Xatırladaq ki, tanınmış iqtisadçı Qubad İbadoğlu saxta valyuta hazırlamaqda ittiham olunaraq ötən il iyulun 23-də həbs edilib.

Yerli və beynəlxalq təşkilatların çoxsaylı çağırışlarından sonra bu il aprelin 22-də İbadoğlunun həbsi ev dustaqlığı ilə əvəz olunub.

Qubad İbadoğlu ona qarşı irəli sürülən ittihamları rədd edir və həbsinin siyasi sifariş olduğunu bildirir.

Chosen
24
turan.az

1Sources