EN

Azərbaycan Avrasiyada enerji və daşımalar xəritəsini əsaslı şəkildə dəyişib - Kamaləddin Qafarov

Bakı. Trend:

"Noyabrın 12-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə ÇərçivəKonvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29)Liderlər Sammitinin açılış mərasimi keçirildi. Keçən ilinsonlarında 200 ölkənin yekdil qərarı ilə Azərbaycana COP29-a evsahibliyi etmək hüququ verildikdən dərhal sonra Qərbin müəyyənölkələrində olan anti-Azərbaycan qüvvələri də hərəkətə keçdilər. Buqüvvələrin yeganə məqsədi ölkəmizə göstərilən yüksək etimadın səhvqərar olduğuna dair beynəlxalq ictimaiyyətdə yanlış rəy yaratmaq vəCOP29-u boykot etmək oldu".

Bu sözləri Bakıda öz işinə başlamış COP29-la bağlı Trend-ə verdiyiaçıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili sözünə davam edərək bildirib ki, bu məqsədlə digərölkələrə dərs keçməyi və siyasi riyakarlığı özlərinin əsasfəaliyyət prinsipləri kimi müəyyən etmiş müəyyən Qərb ölkələrindəkibəzi siyasətçilər dövlət nəzarətində olan QHT-ləri vədezinformasiyalar üzərində ixtisaslaşmış medianı səfərbər etdilər."Azərbaycanın demonizasiyası bu qüvvələrin əsas amalına çevrildi.Lakin bütün bu səylər heç bir nəticə vermədi. COP29 artıq öz işinəbaşlayıb və biz indidən əminliklə deyə bilərik ki, bu sessiya bütünbəşəriyyət üçün çox önəmli nəticələrə gətirib çıxaracaq. COP29-unLiderlər Sammitinin açılış mərasimdə söylədiyi nitqində cənabPrezident İlham Əliyev bütün bu məqamlara detallı şəkildə toxundu.Dövlətimizin başçısı xüsusi olaraq vurğuladı ki, COP29-a evsahibliyi etmək hüququnun Azərbaycana verilməsi bizim ölkəyəbeynəlxalq aləmdə göstərilən böyük hörmətin əlamətidir və ölkəmizinfəal rolunun yüksək qiymətləndirilməsi deməkdir. Cənab Prezidentson bir ildə boykotu təşviq edən qüvvələrə də öz mesajını göndərdi.Onların diqqətinə çatdırıldı ki, Bakıda keçirilən COP29-a qarşıboykot kampaniyası tam iflasa uğradı. Bu gün Azərbaycanda COP29-un196 ölkədən 72 min qeydiyyata alınmış iştirakçısı vardır ki,onlardan da 80 nəfəri Prezidentlər, Vitse-prezidentlər və Başnazirlərdir. Bu, anti-Azərbaycan qüvvələrin növbəti planlarının tamfiaskosu deməkdir"

K.Qafarov qeyd edib ki, Azərbaycanın coğrafi yerləşməsi ona birsıra mühüm üstünlüklər verir və ölkəmiz bu üstünlüklərdən təkcəözünün deyil, həm də qlobal miqyasda digər dövlətlərin və xalqlarınmənafeylərinə uyğun yararlanmağı ehtiva edir: "Cənab Prezidentİlham Əliyevin dediyi kimi, Azərbaycan Şimalla Cənubun, QərbləŞərqin qovuşduğu bir məkandır. Bu məkanda bütün istiqamətlərdəenerji nəqli, daşımalar, mədəniyyətlərin mübadiləsi müxtəlifbeynəlxalq iştirakçılar arasında baş tutur. Həqiqətən dəAzərbaycanın bir müddət əvvəl başladığı meqalayihələr artıqAvrasiyada enerji və daşımalar xəritəsini əsaslı şəkildə dəyişib.Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan son dərəcəməhsuldar çoxtərəfli əməkdaşlıq formatı yaratmağa nail olub. Ənmühüm məqamlardan biri də budur ki, aparıcı neft-qaz ölkələrindənbiri kimi tanınan Azərbaycan artıq bərpaolunan enerji sahəsində dəönəmli nəticələr əldə etməkdədir. COP29 bir daha bütün dünyayanümayiş etdirəcək ki, yaşıl enerji növlərinin yaradılması və dünyabazarlarına nəqli hazırda ölkəmizin enerji siyasətinin əsasprioritetlərindən biridir" .

Chosen
11
5
az.trend.az

10Sources