EN

Son iki ayda 35 taksi sürücüsü öldürüldü

Kamerunun paytaxtında taksi sürücüləri təşviş içindədir. 

News24.az xəbər verir ki, Kamerun Taksi Sürücüləri Assosiasiyasının prezidenti Pepouna Mama Bakayoko AA müxbirinə son aylarda Yaounde şəhərində törədilən taksi sürücüsü cinayətləri ilə bağlı açıqlama verib.

Son iki ayda Yaoundenin boş ərazilərində 35 taksi sürücüsünün cəsədinin tapıldığını bildirən Bakayoko, itkin düşən 3 sürücünün axtarışlarının davam etdiyini də bildirib.

Taksi sürücülərinin son 2 ayda çətin anlar yaşadıqlarına diqqət çəkən Bakayoko, “Taksi sürücülərimiz müştəri olaraq avtomobillərinə minən quldurlar tərəfindən qaçırılır, qiymətli əşyaları və nəqliyyat vasitələri ilə şəhərlərin kimsəsiz hissələrinə aparılır, sonra isə hadisə yerində əl-ayağı bağlanaraq ölümə buraxılır” deyib.

Qeyd edək ki, şəhərdaxili nəqliyyatın yalnız taksilərlə təmin edildiyi Kamerunda taksilər iki yerə bölünür: klassik və moto-taksi.

Sarı klassik taksilərin gündüz tarifi 250 frank (13,90 türk lirəsi), axşam tarifi isə 300 frank (16,68 türk lirəsi) olsa da, qiymətlər yolun uzunluğuna görə dəyişir.

Bir çox insanın eyni vaxtda səyahət etdiyi taksilərdə təxminən 2 dollar ödəsəniz tək səyahət etmək də mümkündür.

Məryəm İlhamqızı

Chosen
16
news24.az

1Sources