EN

GM 500 minə yaxın avtomobili geri çağıracaq

Amerikanın General Motors korporasiyası (GM) qəza riskini artıran nasaz ötürmələr qutusuna görə 461 839 avtomobilini Amerika bazarından geri çağıracaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Reuters” ABŞ Milli Yol Təhlükəsizliyi Administrasiyasının məlumatlarına istinadən məlumat yayıb.

Məlumata görə, geri çağırılma "Chevrolet Silverado", "Chevrolet Tahoe", "GMC Sierra", "GMC Yukon" və "Cadillac Escalade" 2020-2022 model illərinə, eləcə də bəzi digər modellərə təsir edəcək.
Avtomobil sahibləri nasaz hissələri yeniləri ilə əvəz etmək üçün rəsmi GM dilerləri ilə əlaqə saxlaya bilərlər.

Reuters-in məlumatına görə, GM həmçinin dilerlərdən sözügedən avtomobillərin satışını dərhal dayandırmağı xahiş edib.

Chosen
17
1
ucnoqta.az

2Sources