“Tesla” şirkəti 2024-cü model ilinə aid 2,4 min “Cybertruck” elektrik pikapını geri çağırır.
Musavat.com xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb ötürücü çeviricidəki nasazlıqdır.
ABŞ Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi İdarəsinin (NHTSA) saytına görə, qüsur təkərlərə ötürülən gücün itirilməsinə səbəb olur ki, bu da qəza riskini artıra bilər.
Problemi həll etmək üçün “Tesla” xidməti nasaz konvertorları pulsuz əvəz edəcək.
Qeyd edək ki, bu, ötən ilin noyabrında satışa çıxarılan “Cybertruck” üçün artılq altıncı geri çağırışdır.
Yeri gəlmişkən, bu avtomobillərdən biri də Çeçenistan rəhbəri Ramzan Kadırovdadır. Kadırov avtomobili ona “Tesla”nın sahibi İlon Maskın hədiyyə etdiyini deyir.
Musavat.com