Bakı. Trend:
“Fortune” jurnalı “Dünyanın ən güclü 100 iş adamı” siyahısınıdərc edib.
Trend xəbər verir ki,siyahıda yaşları 30 ilə 90 arasında olan 40 sektordan biznesnəhəngləri yer alıb.
Siyahıda birinci yerdə "Tesla" şirkətinin rəhbəri İlon Maskqərarlaşıb. Jurnal Maskın geniş baxışı və mühəndislik intuisiyasısayəsində bir çox sektorlarda lider kimi tanındığını yazıb.
Siyahıda Maskın "SpaceX" və "Neuralink" kimi şirkətlərdəqazandığı uğurlar diqqət çəkərkən, dünyanın ən zəngin iş adamınınsiyasətə marağının artdığı və onun Donald Trampın ən böyükdəstəkçilərindən birinə çevrildiyi bildirilir.
Süni intellekt sənayesində mühüm yerə sahib olan Nvidia CEO-suJensen Huang siyahıda ikinci yerdə qərarlaşıb. Huang, çip və qrafikkartı istehsalçısı Nvidia-nı süni intellekt texnologiyalarısahəsindəki inkişafları ilə vurğulayıb və şirkətin bazar dəyərinirekord səviyyələrə çatdırıb.
Üçüncü yerdə Microsoft-un baş direktoru Satya Nadellaqərarlaşıb. Nadella Microsoft-un bulud texnologiyaları və süniintellekt sahələrində əhəmiyyətli dəyişikliklərə məruz qaldığını vəOpenAI-a erkən sərmayə qoyaraq Microsoft-u texnologiya sənayesininyuxarı səviyyələrinə daşıdığını vurğulayıb.
Berkshire Hathaway-in baş direktoru Uorren Baffet dördüncü,JPMorgan Chase-in baş direktoru Ceymi Dimon isə beşinci yerdəqərarlaşıb. Apple-ın baş direktoru Tim Kuk altıncı, Meta-nın başdirektoru Mark Zukerberq yeddinci, OpenAI-nin baş direktoru SemAltman isə səkkizinci yerdə qərarlaşıb.
General Motors-un baş direktoru Meri Barra siyahıda doqquzuncu,Alphabet-in baş direktoru Sundar Piçai isə onuncu yerdəqərarlaşıb.