"Tesla"nın Cybertruck modeli ötən ilin debütündən bəri altıncı dəfə geri çağırışla üzləşir.
Valyuta.az xəbər verir ki, bu geri çağırış 2023-cü il noyabrın 6-dan 2024-cü il iyulun 30-dək istehsal edilən müəyyən 2024 Cybertruck modelləri daxil olmaqla, ümumilikdə 2,431 avtomobili əhatə edir. "Tesla"nın hesabatına görə, bu avtomobillərdən bəziləri qüsurlu invertorla təchiz olunub.
"Əgər invertor tork istehsalını dayandırarsa, sürücü qaz pedalından istifadə edərək avtomobilə tork tətbiq edə bilməz və bu, hərəkət itkisinə səbəb ola bilər ki, bu da toqquşma riskini artırır," - deyə "Tesla"nın hesabatında qeyd edilir.
Oktyabr ayında "Tesla", arxa kamera görüntüsünün gecikməsi səbəbindən sürücünün görünüşünü zəiflədə biləcək bir qüsura görə 27,185 Cybertruck avtomobilini geri çağırmışdı. Həmin halda problem yalnız proqram yeniləməsi ilə həll edildiyi halda, bu dəfə "Tesla" qüsurlu invertoru fiziki olaraq dəyişdirməli olacaq və bu xidməti ödənişsiz həyata keçirəcəyini bildirib.
Bu il ərzində baş verən digər Cybertruck geri çağırışlarına aprel ayında yapışqan qaz pedalı, iyun ayında isə boş qalmış trim detalları və nasaz ön şüşə təmizləyiciləri səbəb olub.
Rəhim