“Tesla” şirkəti 2024-cü model ilinə aid 2,4 min “Cybertruck” elektrik pikapını geri çağırır.
Avtosfer.az xəbər verir ki, bu barədə ABŞ Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi İdarəsi məlumat yayıb.
Məlumata görə, pikaplar nasazlıq ötürücü çeviriciyə görə geri çağırır.
Belə ki, qüsur təkərlərə ötürülən gücün itirilməsinə səbəb ola bilər ki, bu da qəza riskini artıra bilər.
Nasaz konvertorlar “Tesla” servisləri tərəfindən pulsuz əvəz ediləcək.
Qeyd edək ki, bu, ötən ilin noyabrında satışa çıxarılan “Cybertruck” üçün artılq altıncı geri çağırışdır.
Namiq