EN

UNICEF və ÜST uşaqların sağlamlığı naminə təcili tədbirlərlə bağlı çağırış etdi - FOTO

UNICEF və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COP29 konfransı çərçivəsində "İqlim dəyişikliyi ilə mübarizə tədbirləri üzrə sağlamlıq arqumenti" adlı birgə tədbir təşkil edib.

Bu barədə Redaktor.az UNICEF-in "X" sosial şəbəkəsindəki səhifəsinə istinadən məlumat verib.

Müzakirələrdə İspaniyanın Baş naziri Pedro Sançes də iştirak edib.

"Tərəqqiyə təhlükə: iqlim dəyişikliyinin uşaqların sağlamlığına və rifahına təsirinə qarşı mübarizə" adlı hesabat təqdim edilib. Hesabatda təcili tədbirlərin görülməsinin vacibliyi vurğulanır.

UNICEF-in icraçı direktorunun müavini Kitti van der Heyden uşaqların iqlim böhranı qarşısında xüsusi həssaslığını qeyd edərək təxirəsalınmaz tədbirlərin görülməsinə çağırıb.

222
Chosen
10
50
redaktor.az

10Sources