EN

“Əməkdaşlığın gücü: xalis sıfır üçün birgə səylər” mövzusunda Dünya İqtisadi Forumu ilə Yüksək Səviyyəli Sessiya keçirilib (FOTO)

Bakı. Trend:

COP29 çərçivəsində “Əməkdaşlığın gücü: xalis sıfır üçün birgəsəylər” mövzusunda Dünya İqtisadi Forumu ilə Yüksək SəviyyəliSessiyada iqlim məsələlərinə beynəlxalq maliyyə resurslarının cəlbolunması və davamlı inkişaf üçün tərəfdaşlıqların genişləndirilməsimüzakirə edilib.

Trend xəbər verirki, COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi, İxracın vəİnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Dünya İqtisadiForumunun təşkilatçılığı ilə “Əməkdaşlığın gücü: xalis sıfır üçünbirgə səylər” mövzusunda Dünya İqtisadi Forumu ilə Yüksək SəviyyəliSessiya keçirilib.

Tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov iqlimdəyişikliyinə qarşı birgə mübarizə səylərini ehtiva edənprinsiplər, bu sahədə yürüdülən qlobal siyasət və özəl sektoruntöhfələri barədə fikirlərini bildirib. Qeyd olunub ki, bu məsələdəmüsbət dəyişikliklərin təmin olunması üçün inklüziv tədbirlərindavamlılığı və dayanıqlı inkişafa nail olmaq önəmlidir. Qlobalmüstəvidə iqlim məsələləri kontekstində bütün xalqları ehtiva edənədalətli yanaşma da mühüm məsələdir. Azərbaycanın davamlı artım vəyaşıl iqtisadiyyat sahəsində hədəfləri və görülən işlər barədəməlumat verilib. Ölkəmizdə yaşıl enerji məqsədlərinə çatmaq üçünqabaqcıl texnologiyaların və innovativ həllərin hazırlanmasıyönündə məqsədyönlü tədbirlərə diqqət çəkilib, bu sahədə beynəlxalqəməkdaşlığın vacibliyi vurğulanıb.

Ümumdünya Ticarət Təşkilatının baş direktoru Nqozi Okonjo-İvealaisə qlobal ticarət siyasətlərinin iqlim dəyişikliyinəuyğunlaşdırılması və bu kontekstdə inkişaf etməkdə olan ölkələrindəstəklənməsinin vacibliyi barədə fikirlərini bildirib.

Özbəkistanın investisiya, sənaye və ticarət naziri LəzizKudratov qlobal iqlim dəiyşikliklərinə qarşı beynəlxalq əməkdaşlıq,region ölkələrinin bu yöndə təşəbbüsləri, bərpa olunan enerjisahəsində birgə layihələrin reallaşdırılmasının önəmi barədəfikirlərini bildirib.
Dünya İqtisadi Forumunun icraçı direktoru və sessiyanın moderatoruCim Huay Neo sıfır karbon emissiyasına keçid prosesinin iqtisadiartım və iş yerlərinin yaradılması üçün böyük imkanlar yaratdığını,həmçinin faydaların və xərclərin ədalətli şəkildə bölüşdürülməsinitəmin etmək üçün birgə və hərtərəfli yanaşmanın əhəmiyyətinivurğulayıb.

“Boston Konsaltinq Qrup”un qlobal sədri və CEO İqlim LiderləriAlyansının həmsədri Riç Lesser 2019-2022-ci illər arasında ümumiemissiya səviyyəsini 10% azaltmağa, eyni zamanda ümumi gəlirlərini18% artırmağa nail olduqlarını qeyd edib, iqlim fəaliyyətinə özəlsektorun daha çox cəlb edilməsi üçün dövlətlərlə daha sıxəməkdaşlığın vacibliyini vurğulayıb. Bildirilib ki, bu sahədə aydınsiyasət və güclü tərəfdaşlıq mexanizmləri müsbət dəyişikliklər üçünhəlledici əhəmiyyət daşıyır.

“Fortescue” şirkətinin icraçı sədri Endryu Forrest iqlimdəyişikliyi ilə mübarizədə enerjinin yaşıl mənbələrdən əldəedilməsinin əhəmiyyətini vurğulayıb. Bildirilib ki, bərpa olunanenerji sektoruna sərmayələrin artırılması və texnoloji yeniliklərintəşviqi sayəsində qlobal iqlim hədəflərinə çatmaq mümkündür.

Tərəflər iqlim böhranının həlli üçün qlobal səviyyədə birgətədbirlərin zəruriliyini vurğulayıblar. Bütün dövlət, şirkət vəvətəndaş cəmiyyəti qurumları ortaq məsuliyyəti qəbul etməyə vəkonkret fəaliyyət planları ilə iqlim dəyişikliklərinə qarşımübarizəyə qoşulmağa çağırılıb.

“Əməkdaşlığın
“Əməkdaşlığın
“Əməkdaşlığın
“Əməkdaşlığın
“Əməkdaşlığın
“Əməkdaşlığın
“Əməkdaşlığın
“Əməkdaşlığın
Məqalədə:
Chosen
36
6
az.trend.az

10Sources