EN

İrimiqyaslı nüvə enerjisi layihələrinə dəstək siyasətimizə uyğun deyil

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) özəl sektora istiqamətlənmiş bank olduğu üçün irimiqyaslı nüvə enerjisi layihələrinə çox zaman dəstək göstərmir.

Viral.az xəbər verir ki, bunu EBRD-nin Siyasət və tərəfdaşlıq üzrə vitse-prezidenti Mark Bouman BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində təşkil olunmuş “Nüvə enerjisi də daxil olmaqla aşağı karbon texnologiyasının maliyyələşdirilməsi” adlı tədbirdə deyib.

O bildirib ki, belə layihələr adətən dövlət tərəfindən maliyyələşdirilən irimiqyaslı layihələr olduğundan EBRD-nin biznes modelinə uyğun deyil: “Ancaq biz yeni texnologiyalar kontekstində nüvə sektorunda baş verənləri çox yaxından izləyirik. Bu inkişafları izləməkdə geri qalmamağa çalışırıq. Təbii ki, maliyyələşdirmə mərhələsində layihələr təqdim olunarsa, bu yenə də müzakirə üçün direktorlar şurasına təqdim olunacaq”.

Son Yazılar:

Chosen
12
3
viral.az

4Sources