EN

Əliyev Ərdoğanla görüşdü – FOTO

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb.

Doğru.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dövlət başçısına COP29-un uğurla keçirilməsi ilə bağlı təbriklərini çatdırıb və Azərbaycanın qısa müddət ərzində belə bir möhtəşəm tədbirə ev sahibliyi etməsinin yüksək qiymətləndirildiyini bildirib.

Prezident İlham Əliyev qeyd edib ki, COP29 tədbirinin keçirildiyi məkan 8 aylıq bir dövr ərzində hazırlanıb və burada yüksək ətraf mühit standartlarına və davamlılıq prinsiplərinə riayət olunub.

Rəcəb Tayyib Ərdoğan vurğulayıb ki, Prezident İlham Əliyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un Liderlər Sammitinin açılış mərasimində çox məzmunlu çıxış edib. Türkiyə Prezidenti tədbir çərçivəsində təşkil olunan mədəni təqdimatın da nəfis qaydada hazırlandığını deyib.

Söhbət zamanı Azərbaycanla Türkiyə arasında dostluq, qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

DOĞRU.AZ

image-44563_ar8o3h5vb8

 

Chosen
28
25
dogru.az

10Sources