EN

Hakan Keleş “Kasımpaşa”ya baş məşqçi təyin edildi

Türkiyəli futbol mütəxəssisi Hakan Keleş Super Liqada mübarizə aparan “Kasımpaşa” komandasının baş məşqçisi təyin olunub.

Arena.az bu barədə İstanbul klubunun mətbuat xidmətinə istinadən xəbər.

52 yaşlı mütəxəssislə müqavilə imzalandığı açıqlansa da, müddət barədə məlumat verilməyib.

Hakan Keleş “Kasımpaşa”nın baş məşqçisi postunda bir müddət öncə sözügedən komandanı tərk edərək “Alanyaspor”a gedən Sami Uğurlunu əvəz edib.

Sami Uğurlu 2023-cü ilin noyabr ayınan İstanbul təmsilçisinin baş məşqçisi vəzifəsində çalışırdı. O, bu müddət ərzində “Kasımpaşa”nı 38 oyuna çıxarıb. Komanda bu görüşlərdə 15 qələbə qazanıb, 10 heç-heçə edib, 13 məğlubiyyətə üzülüb.

Sami Uğurlu daha öncə də “Kasımpaşa”da çalışıb. O, 2021-ci ilin oktyabrından dekabrına kimi bu klubda köməkçi-məşqçi kimi fəaliyyət göstərib, 2021-ci ilin dekabrından 2022-ci ilin avqustuna kimi isə baş məşqçi olub. Türkiyəli mütəxəssis 2023-cü ildə “Bandırmaspor”a da rəhbərlik edib.

Hakan Keleşin sonuncu iş yeri isə “Konyaspor” olub. O, bu ilin yanvarında Konya təmsilçisindən ayrılandan bəri işsiz idi. Türkiyəli mütəxəssis daha öncə “Sivasspor” və “Girəsunspor”un da baş məşqçisi olub.

Qeyd edək ki, “Kasımpaşa” bu mövsüm Türkiyə çempionatında 14 xalla 9-cu sırada qərarlaşıb. Komanda 12 oyunda 3 qələbə qazanıb, 5 heç-heçə edib, 4 məğlubiyytə üzülüb.

Chosen
53
arena.az

1Sources