EN

Asəf Yəzdi: "Azərbaycanla iqlim dəyişikliyi ilə mübarizədə əməkdaşlığı müzakirə edəcəyik"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"İsrail COP29 konfransında milli pavilyon və 20-yə yaxın şirkəti əhatə edən geniş nümayəndə heyəti ilə təmsil olunur".
Bunu "Report"a müsahibəsində İsrailin Ətraf Mühitin Mühafizəsi Nazirliyinin baş direktoru Asəf Yəzdi deyib.
O bildirib ki, İsrail COP29-un yüksək səviyyədə təşkilinə görə Azərbaycana minnətdardır.
"İsrail iqlim dəyişikliyinin həllinin bir hissəsi ola bilər, həm təsirin azaldılmasına, həm də uyğunlaşmaya töhfə verə bilər", - Yəzdi söyləyib.
O qeyd edib ki, konfransda İsrailin 20-yə yaxın şirkəti COP29 sərgisində milli pavilyonda öz iqlim layihələrini təqdim edib.
"İsrail iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün öz texnologiyalarını dünyaya təqdim etməyə hazırdır. Biz, həmçinin gələcəkdə Azərbaycanla bu sahədə əməkdaşlıq və birgə layihələri müzakirə etmək niyyətindəyik. Konkret layihələr və konkret əməkdaşlıq daha sonra müvafiq qurumlarla müzakirə olunacaq", - Yəzdi bildirib.
O, həmçinin vurğulayıb ki, İsrail bir neçə onillik ərzində qalıq yanacaqlardan tamamilə imtina etməyi planlaşdırır. "Biz qalıq yanacaqlardan tamamilə imtina etməyə və bərpaolunan enerji mənbələrinə keçməyə can atırıq. Xüsusən də günəş enerjisinə. Çünki İsraildə bir ildə çoxlu günəşli saat olur", - baş direktor qeyd edib.
Yəzdinin sözlərinə görə, İsrail iqlimin maliyyələşdirilməsinə xüsusi diqqət yetirir.
"Bu məsələdə əsas olan İtki və Zərər Fondunun işidir. COP29-dakı nümayəndə heyətimiz iqlim maliyyələşdirilməsi müzakirələrində iştirak etmək, bütün tərəfləri dinləmək və öz töhfəsini vermək niyyətindədir", - deyə o fikrini yekunlaşdırıb.
Chosen
43
50
oxu.az

10Sources