Bu gün Heydər Əliyev Fondunun vitse-prezidenti, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva COP29 çərçivəsində “yaşıl zona“ya baxış keçirən zaman “AzərEnerji” və “Azərişıq” ASC-lərin pavlyonunu ziyarət edib.
Referans.az xəbər verir ki, Leyla Əliyeva burada həm qonaqalar, həm də “Azərişıq” və “AzərEnerji”nin əməkdaşları ilə söhbətlər edib, quraşdırılan maketlərə və digər təqdimat materiallarına baxıb.