EN

Bakıda yeni yerüstü relsli nəqliyyat ola bilər VİDEO

Bakıda yeni yerüstü relsli nəqliyyat ola bilər, bununla bağlı yaxın illərdə konkret qərar veriləcək.

Xezerxeber.az-ın məlumatına görə, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, hazırda Bakıda əsas məsələ yerüstü ictimai nəqliyyatla bağlıdır.  Avtobusların növü dəyişdirilir, elektrik avtobusları gətirilir.

Nəqliyyat eksperti Ərşad Hüseynov bildirir ki, əhalinin mobilliyinin təmin olunmasında ictimai nəqliyyatın payı heç olmaya, yarıya yaxınlaşmalıdır. O zaman tıxacların sayı azalacaq. İnsanların yoldakı zaman itkisi azalacaq. Bunun üçün isə yerüstü relsli nəqliyyat vasitələrinin yenidən bərpası zəruridir.

Ərşad Hüseynov hesab edir ki, burada əsas məsələ dayanıqlı və davamlı maliyyənin təminatıdır.

Nəqliyyat eksperti Yasin Mustafayev isə deyib ki, çeşidli nəqliyyat vasitələrindən istifadə etmək tıxacın qarşısını alan amillərdəndir. Lakin bəzi amillər  nəzərə alınmalıdır.

Ekspert onu da əlavə edib ki, şəhərə yeni gətirilən elektrikli avtobuslar da trolleybusu əvəz edir. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Chosen
56
11
xezerxeber.az

10Sources