"Ayntraxt"ın futbolçusu Uqo Larsson karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə yaxındır.
Sportal.az xəbər verir ki, "Arsenal" və "Liverpul" isveçli yarımmüdafiəçini transfer etmək istəyir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
Premyer Liqa nəhəngləri yanvar ayında 20 yaşlı orta xətt oyunçusunu heyətinə qatmaq üçün Almaniya klubu ilə danışıqlara başlayacaq.
Qeyd edək ki, "Ayntraxt" Uqo Larssonu ötən ilin yayında "Malmö"dən transfer edib. İsveç millisinin üzvü olan gənc futbolçu bu mövsüm Frankfurt təmsilçisinin heyətində meydana çıxdığı 16 rəsmi matçda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2029-cu ilin iyun ayına kimi nəzərdə tutulub.
saytlarin hazirlanmasi