EN

"İş dünyasının ən güclü 100 insanı" açıqlandı - "Fortune" jurnalı

"Fortune" jurnalı "İş dünyasının ən güclü 100 insanı" adlı siyahısını yayımlayıb. Siyahıda 40 fərqli sektoru təmsil edən, 30-90 yaş aralığında olan liderlər yer alır.

Valyuta.az xəbər verir ki, siyahının ilk sırasında "Tesla"nın CEO-su Elon Mask qərarlaşıb. Maskın "geniş vizyonu və mühəndislik duyumu" ilə bir çox sektorda tanınan bir liderə çevrildiyi bildirilib.

Maskın "SpaceX" və "Neuralink" şirkətlərinin uğurlarına diqqət çəkilən siyahıda onun siyasətə də getdikcə daha çox vaxt ayırdığı və Donald Trampın ən görünən tərəfdarlarından biri olduğu qeyd olunub.

Siyahının ikinci sırasında yer alan "Nvidia"nın qurucusu və CEO-su Jensen Huang, şirkətini süni intellekt partlayışında əsas oyunçulardan birinə çevirib.

"Nvidia"nın bazar hakimiyyətinin şirkətin səhm dəyərini rekord səviyyələrə qaldıraraq onu 3 trilyon dolları aşan bazar dəyəri ilə dünyanın ən qiymətli şirkətlərindən birinə çevirdiyi vurğulanıb və bu dəyərin əldə edilməsində Huangın təsirinə işarə olunub.

Siyahının üçüncü sırasında "Microsoft"un baş icraçı direktoru Satya Nadella yer alıb.

Nadellanın "Microsoft"u son 10 ildə bulud texnologiyası və süni intellekt sahələrində uğurla transformasiya etdiyi vurğulanıb. Siyahıda "OpenAI"ya edilən proqnozlaşdırıcı erkən investisiyanın "Microsoft"un bazar dəyəri ilə texnologiya sektorunun ən yüksək səviyyələrinə yerləşməsinə kömək etdiyi qeyd olunub.

Siyahının dördüncü sırasında "Berkshire Hathaway" CEO-su Varren Baffet, beşinci sırada isə ABŞ-ın ən böyük banklarından biri olan "JPMorgan Chase" CEO-su Ceymi Dimon qərarlaşıb.

"Apple" CEO-su Tim Kuk altıncı, "Meta" CEO-su Mark Zukerberq yeddinci, "OpenAI" CEO-su Sem Altman səkkizinci, "General Motors" CEO-su Meri Barra doqquzuncu və "Alphabet" CEO-su Sundar Pichai onuncu olub.

Chosen
54
valyuta.az

1Sources