EN

“Sabah” ilk qələbəsini son oyunda qazandı, sonuncu oldu

Basketbol üzrə Azərbaycan çempionu olan “Sabah” komandası bu gün FIBA Avropa Kubokunda növbəti oyununa çıxıb.

Arena.az xəbər verir ki, paytaxt klubu G qrupu çərçivəsində keçirdiyi sonuncu – 6-cı oyunda İsveç təmsilçisi “Nörçöpinq”lə qarşılaşıb.

Səfərdə baş tutan qarşılaşma Rimas Kurtinaytisin rəhbərlik etdiyi təmsilçimiz üçün formal xarakter daşıyırdı. Oynadığı əvvəlki 5 matçın hamısında məğlub olduğu üçün qrupdan çıxmaq şansını itirən təmsilçimiz qapını möhkəm çırpıb. Komandamız 83:75 hesabı ilə qələbə qazanaraq, Bakıdakı məğlubiyyətin revanşını alıb.

Bu qələbəyə baxmayaraq, “bayquşlar” əvvəlki qarşılaşmaların nəticələrinə əsasən, FIBA Avropa Kubokunda mübarizəni dayandırıblar.

Xatırladaq ki, Azərbaycan çempionu daha əvvəl hər iki görüşdə Yunanıstanın “Marussi” kollektivinə uduzub – 70:82, 71:82. Azərbaycan komandası həmçinin qrupda keçirdiyi digər oyunlarda Belçikanın “Spiru” klubuna evdə 68:78, səfərdə 81:82, “Nörçöpinq”ə isə Bakıda 70:74 hesabı ilə yenilmişdi.

Qeyd edək ki, G qrupunun digər oyununda liderlik uğrunda “Marussi” “Spiru” ilə qarşılaşacaq.

FİBA Avropa kuboku
G qrupu, 6-cı tur
13 noyabr

“Nörçöpinq” – “Sabah” – 75:83 (22:21, 14:17, 19:21, 20:24)
Hakimlər: Ritvars Helmsteins (Latviya), Karol Kovalski (Finlandiya), David Tomasson (İslandiya).
Nörçöpinq, “Stadium Arena”.

Chosen
25
arena.az

1Sources